14:46
(077) 610-22-33

Oteldə yanğın oldu - 10 ölü (Yenilənib)

  • >
4 239 25 Fevral 2017 13:31 | Dünya

Çinin Nançay şəhərində oteldə baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 7 nəfərin meyiti yanğın söndürüldükdən sonra məkana baxış zamanı aşkarlanıb. Hadisədə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Yanğının təmir zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə baş verdiyi ehtimal edilir

Ümumilikdə binadan 260 nəfər təxliyə olunub.

***

09:10

Çinin cənub-şərqində yerləşən Szyansi əyalətində yanğın baş verib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Nançan şəhərində otellərin birində qeydə alınıb. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.

İlkin məlumata görə, yanğın təmir işləri zamanı otelin ikinci mərtəbəsində baş verib. Çox sayda insan oteldə bağlı vəziyyətdə qalıb.

Yanğının söndürülməsinə 19 yanğın söndürmə maşını və 160 insan cəlb olunub. Hazırda yanğın tamamilə söndürülüb. Binada bağlı qala biləcək insanların axtarışı davam edir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Bağla X