Filippində narkotik alverində ittiham olunaraq tutulan 13 məhbus həbsxanadan qaçıb. Filippində narkotik alverində ittiham olunaraq tutulan 13 məhbus həbsxanadan qaçıb.

13 məhbus həbsxanadan qaçdı

Filippində narkotik alverində ittiham olunaraq tutulan 13 məhbus həbsxanadan qaçıb.

AzNews.az xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə yerli narkotiklə mübarizə idarəsindən məlumat verilib. Belə ki, hadisə Filippinin San-Fernando şəhərində, paytaxtın şimalında yerləşən həbsxanaların birində baş verib. Onlar metal dəmirləri mişarla kəsərək oradan qaçıblar. Hadisə ilə bağlı əməliyyat-axtarış işləri davam edir.