08:15
(077) 610-22-33

Samsung zavodunda kütləvi dava - Video

  • >
6 587 1 Mart 2017 00:01 | Dünya

Vyetnamın şimalında yerləşən Samsung Display zavodunda kütləvi dava baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, insidentə səbəb zavodun əməkdaşları ilə mühafizəçi arasında düşən mübahisə olub. Konfliktdən sonra zavodda minlərlə işçi bir-birinə qarışıb.

Mühafizəçi əməkdaşı itələyib, nəticədə digər əməkdaşlar mühafizəçini qovmağa başlayıblar. Bir neçə saat ərzində zavodun bütün əməkdaşları binanın həyətinə toplaşıblar.

Bunun qarşısını almaq üçün əraziyə çoxlu sayda polis gəlib.

Şirkət rəsmiləri bildirib ki, mübahisə anlaşılmazlığa görə baş verib. Yalnız bir mühafizəçi xəsarət alıb.

Bağla X