Fransanın sabiq Baş naziri və hazırda prezidentliyə namizəd olan Fransua Fiyonun həyat yoldaşı Penelopa saxlanılıb. Fransanın sabiq Baş naziri və hazırda prezidentliyə namizəd olan Fransua Fiyonun həyat yoldaşı Penelopa saxlanılıb.

Fransa prezidentliyinə namizədin arvadı həbs edilib

Fransanın sabiq Baş naziri və hazırda prezidentliyə namizəd olan Fransua Fiyonun həyat yoldaşı Penelopa saxlanılıb.

AzNews.az “Mediapart” nəşrinə istinadən xəbər verir ki, prezidentliyə namizədin xanımının niyə görə həbs olunması ilə əlavə məlumat verilmir.

Daha əvvəl Fransada Fiyonun xanımına qarşı rəsmi araşdırma başladılması barədə xəbər yayılıb. Yerli KİV-lərdə Penelopanın 1992-ci ildən 2002-ci ilə qədər parlament sədrinin köməkçisi vəzifəsində çalışarkən dövlət fondlarından 500 min avro qazanması barədə məlumatlar dərc olunub.

Fransada prezident seçkilərinin birinci mərhələsi 2017-ci ilin aprel ayının 23-də, ikinci mərhələsi isə mayın 7-də baş tutmalıdır.