İran telekanalında türklər təhqir olunub

İranın paytaxtı Tehran şəhərindən yayımlanan "Kanal 5" televiziyasında türklər təhqir olunub. APA-nın məlumatına görə, kanalda yayımlanan bir filmdə türklər haqqında kobud ifadələr işlənilib.

Türkiyənin "Beşiktaş" futbol komandasından danışan atasının sözünü kəsən oğlu deyib: "Ata, bunlar adam deyillər". Atası isə cavabında söyləyib ki, mən onları adam edərəm. İranda yaşayan azərbaycanlıların etirazına səbəb olan bu götürntülər sosial şəbəkələrdə geniş yayılıb.

AzNews.az