Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd vilayətinin cənubunda yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb. Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd vilayətinin cənubunda yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb.

Amerikalı əsgərlərə atəş açıldı

Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd vilayətinin cənubunda yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb.

AzNews.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Güclü dəstək" əməliyyatının məlumatında bildirilir. Hadisə nəticəsində 3 Amerikalı əsgər yaralanıb.

"Hilmənd vilayətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", - deyə əməliyyatın "Twitter" səhifəsində yazılıb.

Əfqan hərbçi cavab atəşi ilə öldürülüb.