Dünyanın ən yaşlı milyarderi, amerikalı Devid Rokfeller 101 yaşında vəfat edib. Dünyanın ən yaşlı milyarderi, amerikalı Devid Rokfeller 101 yaşında vəfat edib.

Rokfeller öldü - 101 yaşında

Dünyanın ən yaşlı milyarderi, amerikalı Devid Rokfeller 101 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Milyarder Nyu-Yorkda Pokantiko-Hillzdəki evində dünyasını dəyişib. O, Forbes jurnalının reytinq cədvəlinə görə ən yaşlı milyarder idi. Onun varidatı 3.3 milyard dəyərində ölçülür.

O, Standard Oil neft şirkətinin banisi, ilk amerikalı milyarder böyük Rokfellerin sağ qalan sonuncu nəvəsi idi.

Devid Rokfeller 10 ildən çox Chase Manhattan bankını idarə edib.