Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib. Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

Sarkisyan Ter-Petrosyanla bağlı qərarını verdi

Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

AzNews.az milli.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Joxovurd" qəzeti yazıb.

"Bütün sosioloji sorğulara əsasən "Konqres - EMK" bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyananın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar", - deyə qəzetin mənbəsi bildirib.

Nəşrin yazdığına görə, "Konqres -EMB" blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: "Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi güvvələr üçün qəbuledilməz olan sülh formulunu - seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib".