Böyük Britaniya hüquq-mühafizə orqanları Londonda terror törədən insanın şəxsiyyətini açıqlayıb. Böyük Britaniya hüquq-mühafizə orqanları Londonda terror törədən insanın şəxsiyyətini açıqlayıb.

London terrorçusunun şəxsiyyəti müəyyənləşdi

Böyük Britaniya hüquq-mühafizə orqanları Londonda terror törədən insanın şəxsiyyətini açıqlayıb.

AzNews.az xəbər verir ki, London Polisi bu şəxsin 52 yaşlı Xalid Məsud olduğunu açıqlayıb. O Britaniyanın Kent qraflığında doğulub və Böyük Britaniya vətəndaşıdır.

Aparılılan araşdırma nəticəsində məlum olub ki, Xalid Məsud son günlər qərbi Midelendsdə yaşayıb.

Xatırladaq ki, Xalid Məsud 22 mart tarixində Londonun Vestminister körpüsündə avtomobili insanların üzərinə sürüb. Daha sonra o, avtomobildən enib, insanlara hücum edərək, parlamentin binasına daxil olmağa çalışıb. Amma hüquq-mühafizə orqanları onu zərərsizləşdirə biliblər. Nəticədə, 5 nəfər ölüb, 40 nəfər yaralanıb.