Rusiyanın Murmansk şəhərində itkin düşmüş 30 yaşlı azərbaycanlı axtarışa verilib. Rusiyanın Murmansk şəhərində itkin düşmüş 30 yaşlı azərbaycanlı axtarışa verilib.

Rusiyada itkin düşmüş azərbaycanlı axtarışa verildi

Rusiyanın Murmansk şəhərində itkin düşmüş 30 yaşlı azərbaycanlı axtarışa verilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə elanı Rusiya Federasiyası İstintaq Komitəsinin Murmansk şəhəri üzrə istintaq idarəsi öz saytında yerləşdirib.

Bildirilir ki, Azərbaycan vətəndaşı, 30 yaşlı Məmmədov Vüsal Nizami oğlunun itkin düşməsi faktı ilə bağlı cinayət əlamətlərinə əsasən “Qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, ötən il noyabrın 12-də Vüsal Məmmədov Murmanskda yaşadığı yeri taksi ilə tərk edib və bu günə kimi onun harada olması barədə məlumat yoxdur.

İstintaq idarəsi həmin şəxsin əlamətlərini qeyd edərək onu görənləri idarəyə məlumat verməyə çağırıb.