Gürcüstan vətəndaşları üçün Avropaya vizasız rejim bu gündən start götürüb. Gürcüstan vətəndaşları üçün Avropaya vizasız rejim bu gündən start götürüb.

Avropanın vizasız qapıları açıldı- Gürcüstan bayram edir

Gürcüstan vətəndaşları üçün Avropaya vizasız rejim bu gündən start götürüb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq Gürcüstan vətəndaşları biometrik pastportlar vasitəsilə Avropa İttifaqı ölkələrinə qısamüddətli səfərlər edə biləcəklər.

Vizasız rejim Şengen zonasında rahat hərəkəti nəzərdə tutur. Bu zonaya 22 Avropa İttifaqına üzv ölkə, 4 qeyri-üzv ölkə (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə), eləcə də sonradan qoşulan və hələ namizəd olan ölkələr (Bolqarıstan, Kipr, Ruminiya, Xorvatiya) daxildir.

Vizasız rejim Şengen zonasında hər 6 aydan bir 90 gün qalmaq icazəsi verir. Bu zaman icazə verilən günləri ham ardıcıl, həm də hissə-hissə istifadə etmək olar. Vizasız rejim Avropa İttifaqı ölkələrində çalışmaq icazəsi vermir. Rejimdən turizm, biznes-görüşlər, treninglər, mədəniyyət tədbirlərində iştirak və yaxınlarına baş çəkmək məqsədilə yararlanmaq olar. Ölkə ərazisində çalışmaq və ya uzunmüddətli təhsil üçün müvafiq ölkənin səfiriyindən viza alınmalıdır.

Aydan AXUNDOVA