İran prezidenti Həsən Ruhaninin Novruz bayramı tətili zamanı paytaxt Tehran yaxınlığında, dağ gəzintisi zamanı idman paltarında paylaşdığı şəkili sosial mediada paylaşması söz-söhbətə səbəb olub. İran prezidenti Həsən Ruhaninin Novruz bayramı tətili zamanı paytaxt Tehran yaxınlığında, dağ gəzintisi zamanı idman paltarında paylaşdığı şəkili sosial mediada paylaşması söz-söhbətə səbəb olub.

Həsən Ruhaninin iki qızla paylaşdığı şəkil skandala səbəb oldu+FOTO

İran prezidenti Həsən Ruhaninin Novruz bayramı tətili zamanı paytaxt Tehran yaxınlığında, dağ gəzintisi zamanı idman paltarında paylaşdığı şəkili sosial mediada paylaşması söz-söhbətə səbəb olub.

AzNews.az xəbər verir ki, Ruhaninin yanında 2 gənc qız və bir oğlanla paylaşdığı şəkilə 17 min şərh yazılıb.

Saçlarının böyük bir hissəsi açıq olan qızlar və idman paltarında olan Həsən Ruhanin şəkli bir çox insan tərəfindən "seçim şousu" olaraq qiymətləndirilib. Mühafizəkarlar Ruhaninin geyimini və qızların başlarının yarı-açıq olmasını "İslam respublikası dəyərlərinə uyğun olmadığını" bəyan ediblər.

Keçmiş mühafizəkar millət vəkili Həmid Rəsayi Ruhaninin bu şəklinin altından "iqtisadi uğursuzluğunu ötməyə çalışır" yazıb.

Ruhani tərəfdarları isə İran prezidentini dəstəklədiklərini bəyan ediblər.