Fransada polislə mitinq iştirakçıları arasında toqquşma olub. Fransada polislə mitinq iştirakçıları arasında toqquşma olub.

Polislə etirazçılar arasında toqquşma - 3 polis yaralandı, 35 nəfər saxlanıldı

Fransada polislə mitinq iştirakçıları arasında toqquşma olub.

AzNews.az France Press-ə istinadən xəbər verir ki, aksiya işirakçılarından ən azı 35 nəfər saxlanılıb.

Qeyd edək ki, mitinqdə Asiya icmasından 150 nəfər iştirak edib. Aksiya zamanı iştirakçılarla polis arasında qarşıdurma yaşanıb. 3 polis xəsarət alıb. Bundan əlavə polis maşınları da zədələnib.

Xatırladaq ki, mitinq keçirilməsinə səbəb polisin həmkarına hücum edən şəxsi güllələməsi olub. Məlumata görə, Asiya əsilli kişi polis əməkdaşına qayçıyla hücum edib. Bu zaman digər bir polis ona atəş açıb. Sinə nahiyəsindən yaralanan şəxs hadisə yerində keçinib. Polis isə sadəcə özünümüdafiə məqsədilə atəş açdığını, öldürmək məqsədi güdmədiyini bildirib. Faktla bağlı araşdırma başladılıb.

Aydan AXUNDOVA

image description image description image description