Almaniyanın Düsseldorf hava limanında İranın sabiq iqtisadiyyat və maliyyə naziri Təhmasib Mazəhəri saxlanılıb. Almaniyanın Düsseldorf hava limanında İranın sabiq iqtisadiyyat və maliyyə naziri Təhmasib Mazəhəri saxlanılıb.

Nazir şübhəli şəxs qismində saxlanılıb

Almaniyanın Düsseldorf hava limanında İranın sabiq iqtisadiyyat və maliyyə naziri Təhmasib Mazəhəri saxlanılıb.




Hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.

Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.

İstintaq zamanı o bildirib ki, bu pullar Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.

Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.