21:09
(077) 610-22-33

Paruyr Ayrikyan palataya köçürülüb

  • >
556 4 Fevral 2013 12:17 | Dünya

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan müalicə aldığı xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Fevralın 4-də Yerevan Tibb Mərkəzindən jurnalistlərə deyiblər ki, Ayrikyanın vəziyyəti yaxşıdır və o, iki-üç günə evə buraxıla bilər.

Yanvarın 31-də naməlum şəxs paytaxtın mərkəzində Ayrikyana iki dəfə atəş açıb. Ayrikyan döş qəfəsindən yaralanıb. Fevralın 1-də o, əməlliyyat olunub.

Cinayət işinin istintaqını Milli Təhlükəsizlik Xidməti aparır.

Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri olan Ayrikyan fevralın 18-də keçiriləcək prezident seçkisində 7 rəqiblə yarışır: prezident Serj Sərkisyan; sabiq baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan; sabiq xarici işlər naziri, İrs Partiyasının lideri Raffi Ovannisyan; Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan; Dağlıq Qarabağın sabiq "xarici işlər naziri" Arman Məlikyan; politoloq Andrias Qukasyan; dastanşünas Vardan Sedrakyan.

AzNews.az
Bağla X