14:42
(077) 610-22-33

Usama ben Ladenin axtarışında işgəncə metodu

  • >
793 4 Fevral 2013 14:15 | Dünya

Beynəlxalq Kəşfiyyat Mərkəzinin rəhbəri "Əl-qaidə"nin eks lideri Usama Bin Ladenin axtarışında qeyri-adi metodlardan istifadə edildiyi barədə danışıb



Xarici mətbuatın verdiyi məlumata görə, müxtəlif fəndlərdən istifadə haqqında etiraf hələ 2011-ci ildə Müdafiə Naziri Leon Panetta tərəfindən edilmişdi. Həmin fəndlərdən ən dəhşətlisi, Usama ilə əlaqəsi olan adamlara işgəncə üsulu olub. Əfqanıstan və Pakistandan olan bir qrup şahidin sözlərinə görə, Amerika kəşfiyyatı Usama ben Ladenin yerini öyrənmək üçün dinc əhaliyə işgəncə verirmiş.

Ekspertlər Usamanın axtarışında "Məqsəd nömrə bir" adlı filmin çəkilişlərində olduğu kimi fəndlərdən istifadə edildiyini desələr də, hələ ki Amerika hökuməti bunu etiraf etmək istəmir.

Müdafiə naziri Leon Panetta terroçunun axtarışında və öldürülməsində müxtəlif üsullara əl atdıqlarını desə də, o bildirib ki, Amerika kəşfiyyat orqanları həmin fəndlərsiz də terroçunu tapmaq gücünə malik bir dövlətdir.

Aynur
AzNews.az
Bağla X