Dünyanın musiqi və kino aləmindəki ecazkar və nüfuzlu qadınlarının pis vərdişləri açıqlanıb. Dünyanın musiqi və kino aləmindəki ecazkar və nüfuzlu qadınlarının pis vərdişləri açıqlanıb.

Söyüş söymək, siqaret çəkmək, dırnaq yemək,dodaq dişləmək ....- Ən məşhur qadınların pis vərdişləri

Dünyanın musiqi və kino aləmindəki ecazkar və nüfuzlu qadınlarının pis vərdişləri açıqlanıb.

Dünyanın kino və musiqi ulduzları həmişə kameralar qarşısında öz gözəllikləri və ecazkarlıqları ilə pərəstişkarlarını valeh edirlər. Amma onların da adi insanlar kimi pis vərdişlər var.

AzNews.az dünyanın ən gözəl qadınlarının pis vərdişlərini təqdim edir:

1. Britni Spirs və Olivya Uayld

Vərdiş: dırnaq yemək. Bu gözəllərin ikisinin də bir vərdişi var: dırnaq yemək. Xanımlar ictimaiyyət qarşısında bu vərdişlərindən özlərini saxlamağa çalışsalar da, bir az fikrə gedən kimi vərdiş özünü biruzə verir.

2. Sara Cesikka Parker və Holli Berri

Vərdiş: dodaq və yanağı dişləmək. Sara Cessika Parker verdiyi müsahibələrində yanağını daxildən dişləmək kimi pis vərdişinin olduğunu etiraf edib. Onun sözlərinə görə, nə qədər ağrılı olsa da, bu vərdişindən əl çəkə bilmir. Digər bir aktrisa Holli Berrinin isə dodaqlarını dişləmək kimi pis bir vərdişi var. Aktrisa bu vərdişi tərgitmək üçün dodaqlarına mütəmadi olaraq xüsusi balzamlar çəkir.

3. Rihanna və Kayli Cenner

Vərdiş: sosial şəbəkədən asılılıq. Rihanna öz həyatının sosial şəbəkəsiz təsəvvür etmir. Hətta buna görə dəfələrlə psixoloqa müraciət edən müğənninin həqiqətən də sosial şəbəkələrdən qeyri-adi asılılığının olduğu müəyyən edilib. Müğənninin bu asılılığı onun məşhurluğunu itirməsi və tələb olunmaması qorxusuyla bağlıdır. Kayli Cenner etiraf edib ki, məhz sosial şəbəkələrdən asılılıq onun gözəlləşmək üçün iynələrdən istifadə etməsi ilə nəticələnib: “Mənim üçün sosial şəbəkələr-hər şeydir.”

4. Barbara Streyzand və Mila Kunis

Vərdiş: yemək. Brabara Steryzand dadlı yeməklərdən özünü saxlaya bilməyərək bir-iki həftə müddətinə 15 kiloqram kökələ bilir. Mila Kunis isə etiraf edib ki, yalnız filmlərdəki obrazlarına görə arıq qalır. Çəkilişlər bitdikdən sonra öz dadlı burgerləri və Çin mətbəxinə qayıdır.

5. Lana Del Rey və Ketrin Heyql

Vərdiş: siqaret. Ketrin Heyql dəfələrlə siqareti tərgitmək istəsə də bu onda alınmayıb. Lana isə etriaf edir ki, günə siqaret və kofesiz başlaya bilmir. Maraqlıdır ki, bu pis vərdişin fəsadları xanım müğənninin səsində əks olunmayıb.

6. Kameron Diaz və Keti Perri

Vərdiş: təmizlik. Diaz çox titiz xanımdır. Bu vərdiş ona ictimaiyyət qarşısında çətinlik yaradır: o heç vaxt qapının dəstəyinə toxunmur, qapını dirsəyi ilə açır. Keti Perrinin isə 20 ədəd diş fırçası həmişə yanında olur. Müğənni dişlərini gündə 6 dəfə təmizləyir.

7. Cessika Simson və Adel

Vərdiş: saqqız. Məşhur müğənni Adel konsertlərində hər mahnı fasiləsində ağzına bir saqqz atır. Cessika Simpson isə nikotinli saqqızların aludəçisidir. Maraqlıdır ki, Cessika heç vaxt siqaret çəkməyib.

8. Kira Naytli və Helen Mirren

Vərdiş: söyüş söymək. Helen Mirren olduğu yerdən asılı olmayaraq fikirləşdiyini deməyi bacarır. Onun üçün gizli, utanmalı mövzu yoxdur. Gözəl səsə malik Kira Naytli isə ucadan söyüş söyə bilir. Bu vərdşini tərgitməyi isə heç düşünmür də.

9. Vikrotiya Bekhem və Kristina Agilyera

Vərdiş: şopoqolizm. Viktoriya Bekhem etiraf edib ki, il ərzində qarderobunu yeniləmək üçün 150 min dollar xərcləyir. Modelyer bir paltarı müxtəlif rəng və ölçülərdə alır. Bu pis vərdişdən Kristina Agilyera da əziyyət çəkir. Onun evində paltar yığmaq üçün şkaf çatışmır.

10. Cenifer Lopez və Sofiya Verqara

Vərdiş: kofe. Hər iki məşhur və gözəl xanım bu içkinin sağlamlıqlarına və gözəlliklərinə zərər verdiyini anlasalar da, onu tərgidə bilmədiklərini etiraf ediblər.

AzNews.az