1889-cu il, aprelin 20-də bəşər tarixinin qorxunc diktatorlarından biri olan Adolf Hitler dünyaya gəlib. Məhz o, dünya tarixinin ən ziddiyyətli və nifrət oyadan şəxsiyyətlərindən biridir. 1889-cu il, aprelin 20-də bəşər tarixinin qorxunc diktatorlarından biri olan Adolf Hitler dünyaya gəlib. Məhz o, dünya tarixinin ən ziddiyyətli və nifrət oyadan şəxsiyyətlərindən biridir.

Diktatorun heyvan sevgisi, bığları, gizli eşqi, xilaskar yəhudi həkim... Hitler barədə naməlum faktlar (Fotolar)

1889-cu il, aprelin 20-də bəşər tarixinin qorxunc diktatorlarından biri olan Adolf Hitler dünyaya gəlib. Məhz o, dünya tarixinin ən ziddiyyətli və nifrət oyadan şəxsiyyətlərindən biridir.

Onun tərcümeyi-halı barədə ən məxfi və ən maraqlı faktları sizə təqdim edirik: heyvanlara sevgi, bığları, Disney cizgi filmlərinə maraq, gizli eşq, yəhudi həkim...

Hitlerin atası Alois diktatorun anası Klara ilə evlənə bilməsi üçün Vatikandan qohum evliliyinə görə icazə almalı idi. Çünki, Klara onun əmisi qızı idi. Cütlüyün 6 övladı var idi. Adolf ailədə üçüncü uşaq idi.

Hitlerin atası 1877-ci ildə asını dəyişmişdi. Əgər bu baş verməsəydi, Hitlerin tam adı bu cür səslənəcəkdi: Adolf Şiklqruber.

Adolfun anası abort barədə ciddi düşünsə də, həkim bu fikrindən daşındıra bilmişdi.

Adolf 4 yaşında ikən boğulub ölə bilərdi. Əgər, keşiş onu xilas etməsəydi.

Hitlerin rəsm çəkməyə çox böyük marağı var idi və bu səbəbdən 1900-cu ildə Vyana Rəssamlıq Akademiyasına sənədlərini vermişdi. Lakin, o, istedadsız və “bədii yaradıcılığa yarasız” elan edilərək, işləri qəbul edilmir.

Adolf Birinci dünya müharibəsi zamanı ağır yaralanır. Britaniya əsgəri gələcək diktatora yazığı gəlir, öldürmür.

Gənclik illərində Hitlerin çox uzun və həcmli bığları olub. Lakin, müharibənin sonlarında o, sevimli bığları ilə ayrılmalı olur. Çünki, bığları ona əleyhqaz taxmasına mane olurdu.

Lakin, Hitler bığlarından tamamilə ayrılmır. O, düşünürdü ki, onun imicinin bir hissəsinə çevrilən bu bığlar burnunu daha kiçik göstərir.

Hitler futbolu sevmirdi. Çünki, onun fikrincə Alman millisinin rəqibləri üzərində qələbə qazanacağına tam zəmanət vermək olmurdu. Hətta manipulyasiya və nəticəni öncədən dəyişə bilmək cəhdlərinə baxmayaraq.

Hitler çox diqqətcil adam idi. 1936-cı ildə Olimpiya oyunları zamanı qızıl medal qazanan afroamerikalı idmançı Cessi Ouens Hitlerdən hədiyyə alarkən çox təəccüblənib. Diktator ona öz fotosunu hədiyyə göndərmişdi. Halbuki, ABŞ prezidenti Ruzvelt idmançıya heç təbrik teleqramı da yollamamışdı.

Hitler heç vaxt maşın sürməyib və sürməyi də öyrənməyib. Lakin, Volkswagen avtomobillərinin hazırlanmasına rəhbərlik edib. Hətta, avtomobil markasının ilk loqotipi svastika formasında idi.

Kişilərin cinsi istəklərini təmin edən gəlinciklərin hazırlanması ideyası da məhz Adolf Hitlerə məxsusdu. Baş komandan istəyirdi ki, onun əsgərləri digər irqə aid qadınlarla əlaqəyə girmədən, istədikləri vaxt öz cinsi ehtiyaclarını təmin etsinlər. Bu səbəbdən o, natural ölçüdə plastmas gəlinciklərin hazırlanması əmrini vermişdi.

Fürer sirk həvəskası idi. O, qəpik-quruşa görə sirk artistlərinin həyatlarını təhlükəyə atmasına təəccüblənirdi. Sirkə hər gəlişində qadın artistlərə gül buketləri və bahalı şokoladlar hədiyyə edirdi. Bununla yanaşı, heyvanlarla nömrələr onun xoşuna gəlmirdi.

1933-cü ildə nasist partiyası hakimiyyətə gəlişindən sonra heyvanların müdafiəsi üçün bir çox yeni qanunlar qəbul etmişdi. Hitler hesab edirdi ki, yeni Reyxdə heç vaxt heyvanlarla qəddar rəftar edilməyəcək.

Hitler minnətdarlığı ilə də fərqlənirdi. Uşaq ikən onun ailəsi peşəkar həkimin xidmətlərindən istifadə etməyə imkanı yox idi. Bir yəhudi-avstraliyalı həkim onlara pulsuz, heç bir qarşılıq gözləmədən tibbi xidmət göstərirdi. Hitlerin hakimiyyətə gəlişindən sonra, həkim həbs düşərgəsindən azad edilmiş, "zadəgan yəhudi" rütbəsi almışdı.

Hitler həm də ona edilən pisliyi unutmurdu. Siyasi karyerasının başlanğıcında yəhudi əsilli vəkil Hans Litten onu şahid kimi 3 saat amansız sorğuya çəkmişdi. Hitlerin hakimiyyəti dövründə isə həmin vəkil 5 illik həbsə məhkum olmuş, işgəncələrə məruz qalmışdı.

Hitler nahar zamanı ictimai mövzularla yanaşı, opera və Vaqner barədə danışmaqdan böyük zövq alırdı və onun bu söhbətlərini heç kim kəsə bilməzdi.

Hitler hətta sevimli bəstəkarı Rixard Vaqnerin həyat yoldaşı Vinifredə də sevgi bəsləyirdi. Hitler həbsxanaya düşəndə Vinifred ona mütəmadi olaraq baş çəkir, çətin vaxtlarda "Mayn kampf" əsərini yazması üçün ona kağız da tapıb gətirirdi.

Hitler heç vaxt həbs düşərgəsinə baş çəkməyib. Halbuki, ona mütəmadi olaraq düşərgələr barədə çəkilən görüntüləri təqdim edirdilər.

Adolf "ölmüş irqin muzeyi"ni yaratmağı planlaşdırırdı və bu muzeydə o, yəhudilər barədə şəxsi kolleksiyasını nümayiş etdirəcəkdi.

Hitler Disneyin cizgi filmlərini çox bəyənirdi. Xüsusən də “Ağbəniz və 7 cırtdan”ı dünyanın ən yaxşısı adlandırırdı. O, hətta bir neçə cırtdanın eskizini də çəkmişdi. Həmin eskizlər 2008-ci ildən Norveçdə muzeydə nümayiş olunur.

Hitler vegeterian pəhrizi saxlayır və alkoqollu içkilərdən uzaq gəzirdi. Onun yalnız bircə zəifliyi var idi - şirniyyat və şokolad.

Hitler diş həkimindən qorxurdu. Bir dəfə 8 gün diş ağrısı çəkdikdən sonra həkimə müraciət edib. Həkim ona 10 plomb qoyub. Silahdaşları deyirdilər ki, Hitlerin ağzından dəhşətli qoxu gəlirdi və bir çox başqa xəstəliklərdən əziyyət çəkirdi.

Başqa anomaliyara misal olaraq, Hitlerin pişikdən qorxusunu demək olar.

Hitler yatmağı çox sevirdi. Səhər saat 11-dən tez oyanmazdı. Bununla yanaşı, o, səhərə yaxın, 4-dən tez yuxuya getməzdi. Onda qırmızı gözlər və Parkinson xəstəliyinin ilkin simptomları var idi.

1938-ci ildə Time jurnalı onu ilin adamı seçmiş və 1939-cu ildə isə Nobel sülh mükafatına namizəd olmuşdu.

Hitler 16 yaşında Stefani İsak adlı yəhudi qıza vurulur. Lakin, ona heç vaxt öz hisslərini açıb danışmır. Adolfun yaxın dostu Avqust Kubizekin sözlərinə görə, o, Stefanini qaçırıb, birlikdə çaya tulanıb, intihar etmək istəyirdi. Sonralar, müsahibəsində Stefani ona qarşı olan bu sevgidən xəbərsiz olduğunu demişdi.

Hitler uzun illər sevdiyi qadın, 1929-cu ildən tanıdığı Yeva Braunla evlənməkdən imtina edib. O, düşünürdü ki, evlilik onun imicinə mənfi təsir edəcək. Buna baxmayaraq, Hitler müharibənin sonlarında Berlində bunkerdə gizlənərkən Braunla nigaha girir.

Hitler kosmetika sənayesini ləğv edərək, bütün xərcləri hərbi sənayeyə yönləndirmək istəyirdi. Lakin, bu qərarının Yevanı kədərlədirəcəyini də nəzərə alırdı. Bu səbəbdən Yevanın xətrinə kosmetika istehsalını tədricən azaltmağa başlayıb.

Bu Hitlerin sağ ikən çəkilən son fotosudur. Foto aprelin 30-da Fürer Berlində bunkerin kəndarında söhbət edərkən onun mühafizə zabitlərindən biri tərəfindən çəkilib.

Şahidlərin ifadələrinə görə, Hitler Yeva Braunla birlikdə bunkerdə özünə atəş açaraq qəsd edib. Onun güllə yarasının fotosu da var. Lakin, bu fotonun həqiqiliyinə şübhələr də var.

Digər versiyaya görə isə, Hitler Yeva ilə özünü zəhərləyib. Hitler ölümündən əvvəl sevimli itlərini də zəhərləyərək öldürüb.

AzNews.az