03:45
(077) 610-22-33

Charlie Hebdo-dan növbəti qalmaqallı karikatura - prezidentliyə namizədi meteoritə bənzətdi (Foto)

  • >
2 574 20 Aprel 22:45 | Dünya

Fransanın məşhur satirik jurnalı Charlie Hebdo yeni sayını prezidentliyə namizədlər Le Pen və Makrona həsr edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalın üz qabığında xanım Marin Le Pen meteorit kimi təsvir olunub. onun rəqibi Emmanuel Makronsa yakudza obrazındadır.

Karikaturaların birində Fransanı hədələyən meteorit təsvir edilib. O, "Milli cəbhə" partiyasının təmsilçisi Marin Le Pendir. Prezidentliyə namizədin başı Yer kürəsinə tərəf istiqamətlənib.

Digər təsvirdə isə belində əjdaha şəkli olan Makrondur. Əllərində isə bıçaq saxlayıb.Fransanın sabiq-iqtisadiyyat naziri əynində sadəcə ənənəvi yapon alt geyimi fundosi var. Şəklin üzərinə isə "Nə sağ,nə sol,inamsız və qanunsuz" yazısı verilib.

Qeyd edək ki, jurnalın yeni sayı Fransa prezidentliyi uğrunda seçkilərin birinci turu ərəfəsində çıxıb. İlk tur aprelin 23-də baş tutacaq.

Bağla X