Parisin mərkəzi küçəsində baş verən atışma zamanı polsilərdən biri ölüb, digəri isə yaralanıb. Parisin mərkəzi küçəsində baş verən atışma zamanı polsilərdən biri ölüb, digəri isə yaralanıb.

Parisin mərkəzində atışma baş verdi - bir nəfər polis ölüb (Video)

Parisin mərkəzi küçəsində baş verən atışma zamanı polsilərdən biri ölüb, digəri isə yaralanıb.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, atışma “Yelisey çölləri” adlı küçədə Fransa polisinin keçirdiyi xüsusi əməliyyat zamanı baş verib. Hücumda iki cinayətkar iştirak edib. Onlardan biri qaçıb gizlənməyi bacarıb.

Hüquq-mühafizə orqanları baş verən insidentin terror aktı olmasını istisna etmir.

Hadisənin baş verdiyi ərazini polis helikopterlərlə nəzarətə götürüb. Sakinlərə həmin ərazilərdən uzaq durmaq göstərişi verilib.

Həmçinin, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.