Bəzən keçirilən əyləncəli müsabiqələrdə insanlar qalib gəlmək üçün hər şeyi edirlər. Bu müsabiqələrin sonluqları heç də həmişə yaxşı bitmir Bəzən keçirilən əyləncəli müsabiqələrdə insanlar qalib gəlmək üçün hər şeyi edirlər. Bu müsabiqələrin sonluqları heç də həmişə yaxşı bitmir

Saunada yananlar, yeməkdən boğulanlar.... Əyləncəli müsabiqələrin faciəvi sonluqları- FOTO

Bəzən keçirilən əyləncəli müsabiqələrdə insanlar qalib gəlmək üçün hər şeyi edirlər. Bu müsabiqələrin sonluqları heç də həmişə yaxşı bitmir

AzNews.az müxtəlif müsabiqələrdə faciəvi şəkildə dünyasını dəyişən insanların acı talelərini təqdim edir:

1.Şirin kökə yemək üçün müsabiqə bir insanın həyatına son qoydu.

ABŞ-ın 42 yaşlı sakini Trevis Malouff müsabiqə zamanı 200 qramlıq kökəni 80 saniyə içərisində yeməyə çalışarkən boğularaq düyasını dəyişib. Müsabiqənin keçirildiyi kafe insident baş verdikdən sonra bir daha belə bir yarış təşkil etmədi.

2. Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi üzrə təşkil edilən müsabiqə güllələnmə ilə bitib.

2015-ci ildə Dallas şəhərində Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi üzrə yarış təşkil edildi. Müsabiqə zamanı iki kişi ətrafda olan insanlara qəfil atəş açmağa başlayıb. Təhlükəsizliyə cavabdeh olan polis işçiləri cavab atəşi açaraq həmin şəxləri qətlə yetirib. Müsabiqə “Amerikanın İslamlaşmasına son” antiislam təşkilatı tərəfindən təşkil edilmişdi.

3. Blinçik yemə üzrə müsabiqədə həlak olan tələbə

2017-ci ilin mart ayında 20 yaşlı tələbə Keytlin Nelson ABŞ-ın Konnektikut ştatında təşkil edilən “blinçik yemə” müsabiqəsində iştirak edir. Müsabiqə zamanı yediyi blinçiklərdən boğulan Nelson xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

4. Corndog yemək üzrə müsabiqə zamanı insan ölümü

2016-cı ilin yanvar ayında ana və qız, Debra və Cessi Narbek istirahət üçün səyahətə çıxırlar. 59 yaşlı Debra sərxoş vəziyyətdə corndog yemək üzrə müsabiqəyə qatılmağa qərar verir. Müsabiqənin şərtlərinə görə, xanım iştirakçı dizi üstündə kişi iştirakçıların ayağının arasına qoyduğu corndogu yeməli imiş. Corndogu ağzına alan Debranın səhhəti qəfil pisləşir və boğularaq dünyasının dəyişir. Debranın ailəsi müsabiqəni təşkil edən klubu məhkəməyə verib.

5. Diri həşəratları yemək üzrə müsabiqənin qalibi dünyasını dəyişib.

2012-ci ildə 32 yaşlı Edvard Arçbold diri həşəratları yemək müsabiqəsində iştirak edirərək diri tarakan və soxulcan yeyərək qalib gəlir. Amma qalibiyyətinə sevinə bilməyən Evdard bir neçə dəqiqə sonra huşunu itirərək dünyasını dəyişir. Əvvəlcə onun tarakana allergiya verərək dünyasını dəyişdiyini düşünsələrdə, Edvardın meyiti yarıldıqdan sonra soxulcanların onun boğazında yığılıb qalması nəticəsində ölməsi məlum olub.

6. Maneəli qaçış üzrə yarışda boğulan iştirakçı

28 yaşlı Avişek Senqupta Merilend ştatında təşkil edilən maneəli qaçış üzrə yarışmaya qatılır. Maneələrdən birində Avişek taxta lövhə üstündən 4,5 metr dərinliyi olan quyuya tullanmalı idi. Amma Avişek bu quyuda boğularaq həlak olur. Yarışın təhlükəziliyinə cavabdeh olan şəxslər məhkəməyə verilsə də, onlara qarşı heç bir cəza tətbiq olunmayıb.

7. Alkoqoldan zəhərlənən müsabiqəçi

Çində ən çox spirtli içki içmək üzrə keçirilən müsabiqəyə qatılan Vana Çyanya yarışdan dərhal sonra xəstəxayana aparılır. Onun alkoqoldan zəhərləndiyi məlum olur. Çyanya bir neçə gün sonra orda dünyasını dəyişir.

8. Dözümlülük üzrə yarışda özünü güllələyən iştirakçı

Texas ştatında keçirilən müsabiqənin şərtlərinə görə, avtomobil üzərindən əlini çəkmədən ən çox dayanan iştirakçı həmin avtomobilin qalibi olur. Iştirakçılardan 23 yaşlı Riçard Veqa yarışda səhər fasiləsi elan edilməzdən əvvəl əraizini tərk edir. Qarşıdakı küçəni keçərək mağazalardan birinə daxil olur. Idman mallarının satıldığı bölmədən drobovik və güllə götürən Riçard özünü güllələyir. Hadisə şahidləri Riçardın yarışma əsnasında şiddətli baş ağrılarından əziyyət çəkdiyini deyirlər.

9. Oniqiri yeməkdən ölən yapon

2016-cı ilin noyabr ayında 28 yaşlı yapon oniqiri yemək üzrə müsabiqədə iştirak edir. Şərtlərə görə, iştirakçılar 3 dəqiqə ərzində 5 oniqiri yeməli idilər. Sonuncu tikəni ağzına aparan zaman oğlanın vəziyyəti qəfil pisləşir. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu mümkün olmur.

10. Sauna müsabiqəsində iştirak edən kişi aldığı yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

2010-cu ildə Vladimir Ladıjenskiy Finlandiyada təşkil edilən sauna üzrə dünya çempionatına qatılır. Yarış başladıqdan 6 dəqiqə sonra təşkilatçılar nəyinsə düzgün getmədiyini başa düşürlər, Vladimir və rəqibini saundan çıxarırlar. Hər iki iştirakçı ciddi yanıq xəsarətləri alsa da, Ladıjenskiy 3-cü dərəcəli yanıq xəsarətlərindən dünyasını dəyişir. İnsidentdən sonra təşkilatçılar 1999-cu ildən etibarən keçirilən müsabiqəni ləğv etdilər.