- Köhnə - Dünya
- 21 Aprel 2017 23:11
- 3 743
4 yaşlı övladını evə görə satmağa çalışdı - 14 min dollara
Özbəkistanda hüquq-mühafizə orqanları 4 yaşlı uşağını ev almaq üçün satmağa çalışan qadını saxlayıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Daşkənddə ana 2013-cü ildə doğulan oğlunu 14 min dollar qarşılığında satmağa çalışıb. Qadın alıcı ilə görüşüb. Elə alıcı da hüquq-mühafizə orqanlarının əməkdaşı olduğundan işin üstü açılıb.
Qadın avans alan zaman tutulub. Hal-hazırda oğlan uşaq bərpa mərkəzindədir. İnsan alverində ittiham olunan qadınsa 12 illik həbsə məhkum ediləcək.