Ben Ladenin yaxın adamına yer tapılmır

Bu günlərdə Türkiyədə həbs edilən Əl-Qaidənin lideri Ben Ladenin yaxın adamı Süleyman Əbu Qait bir həftədir ki, əcənəbilər şöbəsində saxlanılır. Həbsindən sonra günahı olmadığı üçün azad edilən Süleyman Əbu Qait vətənsiz olduğu üçün heç bir ölkəyə deportasiya edilə bilmir.

Küveyt vətəndaşlığından çıxarılan Əl- Qaidə üzvü İran sərhəddindən Türkiyəyə gəlmək istərkən saxlanılmışdı. Türkiyədə heç bir günahı olmadığına görə azad edilən Əl-Qaidə üzvünün İrana göndəriləcəyi istisna edilmir. Ancaq İranın Əl-Qaidə üzvünə sahib çıxacağı şübhəlidir.

Qeyd edək ki, rəsmi Vaşinqton Əl - Qaidənin Türkiyədə saxlanılan üzvünün Amerikaya verilməsini tələb edir.

Elnarə Əlosmanqızı
AzNews.az