Livanlı qadınlar öz gəlin donlarını paytaxt Beyrutun sahillərindəki ağaclardan asıblar. Livanlı qadınlar öz gəlin donlarını paytaxt Beyrutun sahillərindəki ağaclardan asıblar.

Zorlanan qadınlar gəlin donlarını ağaclardan asdılar- Etiraz aksiyası

Livanlı qadınlar öz gəlin donlarını paytaxt Beyrutun sahillərindəki ağaclardan asıblar.

AzNews.az The Independent nəşrinə istinadən xəbər verir ki, qadınlar bu yolla Livanda təcavüzkarın zorladığı qadınla evlənəcəyi halda cinayət məsuliyyətindən yayına biləcəyi ilə bağlı qədim qanuna etiraz edirlər.

Asılan 31 paltar bir aydakı günlərin sayını zimvolizə edir. Kənardan izləyənlər əvvəlcə asılmış bu paltarların meyit olduğunu düşünblər.

Livanın cinayət məcəlləsinin 552-ci qanununa əsasən, təcavüzkar yeddi ilə qədər azadlıqdan məhrum edilə bilər. Amma təcavüzkar zorladığı şəxslə evlənsə, onda məsuliyyətdən azad edilir. Bu qanun 1940-cı ildə qəbul edilib.

Artıq fevral ayında ölkə parlamentində bu qanunun ləğv edilməsi müzakirə edilib. Amma qanunun ləğvini nəzərdə tutan səsvermə 15 may tarixində baş tutmalıdır.