Aprelin 21-də 91 yaşını qeyd edən Böyük Britaniya kraliçası II Yelizavetanın İnstagramda “theroyalfamily” adlı şəxsi hesabı var. Aprelin 21-də 91 yaşını qeyd edən Böyük Britaniya kraliçası II Yelizavetanın İnstagramda “theroyalfamily” adlı şəxsi hesabı var.

Kraliçanın şəxsi həyatından unikal görüntülər (Fotolar)

Aprelin 21-də 91 yaşını qeyd edən Böyük Britaniya kraliçası II Yelizavetanın İnstagramda “theroyalfamily” adlı şəxsi hesabı var.

Həmin hesabdan kraliçanın şəxsi həyatı barədə fotolar paylaşılır. Sizə bu fotolar haqda bir çox məlumatları təqdim edirik:

Kraliçanın İnstagram hesabında müasir görüntülərlə yanaşı, ötən əsrdə çəkilmiş fotoları da paylaşılır. 1939-cu ildə çəkilmiş bu fotoda gələcək kraliça II Yelizaveta kraliça anası və bacısı Marqaretlə birlikdə çəkilib. Şahzadə Marqaret 2002-ci ildə 71 yaşında vəfat edib.

Bu foto 1954-cü ilə aiddir. Şahzadə Çarlz bacısı Anna və kraliça anası ilə çəkilib. Övladları Yelizaveta hələ şahzadə olarkən dünyaya gəlib. Çarlz bacısından 2 yaş böyükdür.

Kraliçanın itlərə xüsusi marağı var. 1939-cu ilə aid olan bu fotoda kraliça sevimli iti duki ilə birlikdədir.

Kraliça olmaq, həm də bir çox məşhur insanlarla görüşə bilmək deməkdir. Kraliça 1969-cu ildə Aya ilk ayaq basan insan Nil Armstronqla görüşüb.

Kraliça çox məşğul bir xanımdır. 2002-ci ildə çəkilən bu fotoda kraliça taxta çıxmağının 50 illiyi münasibətilə millətlər birliyi üzrə etdiyi səyahət zamanı ona göndərilən məktubları, qeydləri oxumağa davam edir.

Kraliça itlərlə yanaşı, atlara da xüsusi marağı var. Onlara qulluq etməyi, çapmağı və hətta at yarışlarını izləməyi çox sevir. Bu foto kraliça sevimli atı ilə Vindzor qəsrinin həyətində gəzişərkən çəkilib.

Kraliçanın dəbli və bahalı gəzintisi

2004-cü ildə çəkilən bu fotoda II Yelizaveta Almaniyaya səyahətinin ikinci günündə növbəti şəhərə qatarda yollanır.

Onun şəxsi assistenti kraliçanın hər zaman qüsursuz görünməyinə cavabdehdir.

Kraliça qarderobuna xüsusi diqqət ayırır. 1950-ci illərdə kraliça qısa, ipək parçadan tikilmiş təmtəraqlı donlar geyinməyi sevirdi.

Müasir günümüzdə kraliça artıq öz yaşına uyğun geyinir.

Kraliça avtomobil idarə etməyi bacarır. Bu foto 2006-cı ilin mayında II Yelizaveta atların şousuna baxmaq üçün Vindzor qəsrinə gələrkən çəkilib.

Kraliça avtomobili park edərkən güzgüyə baxır.

Kraliça hər zaman ideal görünür, hətta ağac əkərkən belə.

2009-cu ilin dekabrında çəkilən bu fotoda II Yelizaveta Londonda Kinqs-Kross stansiyasında qatara minir.

Kraliçanın çox orijinal şlyapaları var.

Əksər hallarda baş geyimləri onun paltosu ilə eyni rəngdə olur.

Hətta çətirlə belə.

Bəzən isə kraliça tədbirlərə ənənəvi kostyumda yollanır. Bu şəkildə siz ekstravaqant zümrüd rəngli məxmər plaş görürsünüz.

Kraliça bəzi mərasimlərə tac taxmalı olur. Bu imperiya mərasim tacıdır. 1838-ci ildə Viktoriyanın tacqoyma mərasimi şərəfinə hazırlanıb. II Yelizaveta bu tacı parlamentin açılışnda taxıb.

Bu tac almazlarla və nəhəng göy sapfirlə bəzədilib.

Bu fotoda kraliça nəvəsi Uilyamla Uelsdə RAF Valley hərbi bazasına 2011-ci ildə etdiyi səfəri zamanı söhbət edir.

Əyləncə gecələri də kraliçanın həyat tərzinin bir hissəsidir. Kral ailəsi təmtəraqlı bağ ziyafətləri verməyi sevir.

Belə ziyafətlərdə adətən 27 min fincan çay və 20 min tikə piroq təqdim edilir.

Foto 2013-cü ildə kraliça Susseksdə dəniz məhsulları satılan mağazadan çıxarkən çəkilib.

AzNews.az