03:35
(077) 610-22-33

Suriya müxalifəti danışmağa “adam“ tapdı

  • >
356 6 Fevral 2013 12:47 | Dünya

Suriya müxalifət lideri Əhməd Muaz Əl-Xatib Suriyanın sünni vitse prezidentliyə namizdədi Faruk Şaraa ilə danışıqlar aparmağa razı olduğu barədə danışıb.




Gələcəkdə vitse prezident seçilməsi şübhə doğurmayan Faruk Şaraanın müxalifətin rəğbətini qazanmasında əsas məqam onun şünni olmasıdır.

Məlumat üçün deyək ki, Suriya hökuməti ilə danışıqlara razı olması barədə məlumatı müxalifət rəhbəri Əhməd Muaz keçən həftə elan etmişdi.

Lakin Muaz danışıqların və atışmaya son qoymağın bir halda mümkün olacağını da bildirib ki, bu da hökumət qüvvələri tərəfindən narazılıqla qarşılanıb.

Belə ki, müxalifət nümayəndələri hökumətdən 160 min məhbusun azad edilməsini tələb edir.

Hadisələrin nə ilə nəticələnəcəyi hələki heç kimə bəlli deyil. Ekspertlərin fikrincə, Bəşər Əsəd hökuməti müxalifətlə bu üsulla razılığa gəlmək fikrində deyil. Buna görə də, Suriyada heç bir razılıq əldə edilməyəcək.

ABŞ və Avropa anlalitikləri çıxış yolunu Bəşər Əsədin istefasında görür. Əsəd isə sonuncu dəfə 2 həftə öncə verdiyi açıqlamasında bildirib ki, o heç bir halda prezident postunu düşmənlərə təhvil vermək fikrində deyil.

Aynur
AzNews.az
Bağla X