Türkiyənin Bosfor Boğazından 40 kilmoter məsafədə heyvanları daşıyan gəmiylə toqquşan Rusiya Qara Dəniz donanmasına məxsus “Liman” gəmisindən 78 nəfər xilas edilib. Türkiyənin Bosfor Boğazından 40 kilmoter məsafədə heyvanları daşıyan gəmiylə toqquşan Rusiya Qara Dəniz donanmasına məxsus “Liman” gəmisindən 78 nəfər xilas edilib.

Qəzaya uğrayan Rusiya hərbi gəmisindən 78 nəfər xilas edilib- Yenilənib

Türkiyənin Bosfor Boğazından 40 kilmoter məsafədə heyvanları daşıyan gəmiylə toqquşan Rusiya Qara Dəniz donanmasına məxsus “Liman” gəmisindən 78 nəfər xilas edilib.

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyinə Türkiyə sahil mühafizəsindən məlumat verilib. Agentlik iddia iddia edir ki, toqquşma Qərbi Afrikada yerləşən Toqo respublikası bayrağı altında üzən və mal-qara daşıyan gəmiylə baş verib.

Associated Press agentliyi isə 45 nəfərin xilas olunduğunu, 15 nəfərin isə itkin düşdüyü barədə məlumat yayıb.

***

15:47

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşan gəmilərdən biri Rusiya Dəniz Donanmasına məxsusdur. İkinci gəminin canlı heyvanları daşıyan karqo gəmisi olduğu bildirilir.

Hadisə nəticəsində 45 rus əsgərinin xilas edilib.

Hadisəylə bağlı Rusiya Müdafiyə Nazirliyi bəyanat yayıb. Bəyanatda Qara Dəniz donanmasına aid “Liman” adlı kəşfiyyat gəmisinin İstanbul boğazından 40 kilometr məsafədə hansı ölkəyə aid olduğu qeyri-müəyyən qalan Aşot-7 gəmisi ilə toqquşduğu bildirilir. Bundan başqa, nazirlik gəmi heyətindən heç kimin həlak olmadığını açıqlayıb.