Türkiyənin Ərdahan vilayətində qazıntı işləri zamanı naməlum bir kişinin tabutu aşkarlanıb. Türkiyənin Ərdahan vilayətində qazıntı işləri zamanı naməlum bir kişinin tabutu aşkarlanıb.

Türkiyədə rus generalının sümükləri tapıldı- 140 il əvvələ aid

Türkiyənin Ərdahan vilayətində qazıntı işləri zamanı naməlum bir kişinin tabutu aşkarlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzərində xaç olan tabut yeni yaşayış binasının təməlinin qazıntı işləri zamanı aşkarlanıb. Qars Dövlət Muzeyinin yaydığı açıqlamaya görə, tabutun içərisindən tapılan sümük nümunələri bu kişinin 140 il bundan əvvəl rus-türk müharibəsi zamanı yaşadığını sübut edir. Böyük ehtimalla bu hansısa rus generalına aid bir skeletdir, o, xristian adətlərinə görə dəfn edilib.