- Köhnə - Dünya
- 6 Fevral 2013 13:35
- 2 401
Prezident razılığa gəldi
Vaşinqton rəsmi Tehrana münasibətini dəyişəcəyi halda, İran ABŞ ilə birbaşa danışıqlara dair təklifi nəzərdən keçirəcək.
Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib.
"ABŞ-ın rəsmi şəxslərinin müsbət və yeni fikirləri var, ümid edirik ki, dəyişikliklər onların münasibətlərinə də şamil ediləcək. O zaman bu təklifi müsbət tərəfdən dəyərləndirəcəyik", - Əhmədinejad Misirə səfəri zamanı jurnalistlərə deyib.
AzNews.az