Ukrayna prezidenti Pyotr Poroşenko keçmiş prezidentdən müsadirə edilən 1,4 miyard dolların ölkə ordusunun silahla təmin edilməsinə yönləndiriləcəyini bəyan edib. Ukrayna prezidenti Pyotr Poroşenko keçmiş prezidentdən müsadirə edilən 1,4 miyard dolların ölkə ordusunun silahla təmin edilməsinə yönləndiriləcəyini bəyan edib.

Yanukoviçdən qalan 1,4 milyon dollar orduya xərclənəcək- Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko keçmiş prezidentdən müsadirə edilən 1,4 miyard dolların ölkə ordusunun silahla təmin edilməsinə yönləndiriləcəyini bəyan edib.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz “Twitter” hesabında yazıb:

Yanukoviç rejimi tərəfindən oğurlanan pullar Ukrayna ordusunun döyüş pontensialının artırılmasına xərclənəcək.

Bu gün Ukrayna məhkəməsində çıxarılan qərara əsasən, Yanukoviç və onun əhatəsindən müsadirə olunan pullar dövlət büdcəsinə köçürülməlidir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə şurasının sədri Aleksandr Turçinov hazırda “Ощадбанка” hesabında olan həmin pulların dövlət xəzinəsinə köçürülməsi üçün lazımı proseslərin sənədləşdirildiyini bəyan edib.