Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsinin baş verməsi nəticəsində 24 nəfərin ölməsi ilə bağlı ölkədə matəm elan edilib. Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsinin baş verməsi nəticəsində 24 nəfərin ölməsi ilə bağlı ölkədə matəm elan edilib.

Qırğızıstanda matəm elan edildi

Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsinin baş verməsi nəticəsində 24 nəfərin ölməsi ilə bağlı ölkədə matəm elan edilib.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Qırğızıstan prezidenti Almazbek Atambayev bununla əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Prezident A.Atambayev həlak olan və xəsarət alanların ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində güclü torpaq sürüşməsi olub.

İlkin məlumatlara görə, torpaq altında qalan 4 ev boş olub. Bildirilir ki, torpaq altında 6 ailə qalıb, onların 9-u uşaqdır.

Verilən məlumatlara görə, torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub.

Rəsmi qurumlar torpaq sürüşməsinin təkrarlanmasını inkar etmirlər. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

AzNews.az