Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov cıdır yarışının qalibi olub. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov cıdır yarışının qalibi olub.

Türkmənistan prezidenti yarışda qalib gəldi - Maşın qazandı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov cıdır yarışının qalibi olub.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkmən atı şərəfinə təşkil olunan bu yarışda o, “Toyota Land Cruiser Prado” markalı avtomobil qazanıb.

Axal-Təkin at kompleksində 1,2 kilometr məsafədə keçirilən yarış zamanı Türkmənistan lideri 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb. Qalib olduqdan sonra maşının açarları ona təhvil verilib. Prezident sonradan atçıların ehtiyaclarını nəzərə alaraq avtomobilin açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təhvil verib.