Kubada An-26 sərnişin təyyarəsi radardan itib. Kubada An-26 sərnişin təyyarəsi radardan itib.

Radarlardan itən təyyarə qəzaya uğradı - Ölənlər var

Kubada An-26 sərnişin təyyarəsi radardan itib.

AzNews.az “Ciber Cuba” xəbər portalına istinadən xəbər verir ki, radardan itən təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 39 nəfərin olduğu və onlardan heç birinin xilas olmadığı bildirilir.

''Aerogaviota" aviaşirkətinə məxsus olan təyyarə Barakoa hava limanından uçuş edib. Qəza Pinar-del-Rio əyalətində baş verib.

Agentliyin məlumatına görə, aviaşirkət hadisəni təsdiq edib və ölənlərin olduğunu bildirib. Fəlakət qurbanlarının dəqiq sayı hələ məlum deyil. Rəsmi mənbələr hələ ki, bu barədə heç bir məlumat verməyib.