Ən böyük amfibiya tipli təyyarə Çində ilk sınaq uçuşunu uğurla yerinə yetirib. Ən böyük amfibiya tipli təyyarə Çində ilk sınaq uçuşunu uğurla yerinə yetirib.

Dünyada ən böyük amfibiya təyyarə uçuşa başladı - İlk dəfə (Video)

Ən böyük amfibiya tipli təyyarə Çində ilk sınaq uçuşunu uğurla yerinə yetirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, uzunluğu 37 metr olan, maksimal kütləsi 53,5 ton olan “AG600” təyyarəsi Cuxay şəhərində ilk sınaq uçuşunu keçirib.

Bu təyyarə xilasetmə işlərində, yanğına qarşı mübarizədə, su hövzələrində monitorinq və mühafizə işlərində istifadə olunacaq.

İstehsalçı şirkət bu tip 17 təyyarənin satışına dair sifariş qəbul edib.