09:03
(077) 610-22-33

Dünyanın ən yaşlı adamı dünyasını dəyişib

  • >
5 034 1 May 2017 16:57 | Dünya

Mərkəzi Yava vilayətindən olan 146 yaşlı Sodimejonun 1870-ci ildə anadan olduğu bildirilir.

AzNews.az xəbər verir ki, "Qoto baba" kimi tanınan şəxsin doğulduğu adi insanlara inandırıcı görünməsə də, hökumət onun yaşını təsdiqləyib. Şübhələrin yaranmasına səbəb isə, İndoneziya hökumətinin 1900-ci ildən bəri qeydiyyat aparması olub. Həmin dövrdən əvvəl dünyaya gələn insanların qeydiyyatı isə aparılmayıb.

Qoto baba ötən il BBC telekanalına müsahibəsində bildirmişdi ki, onun uzunömürlü olmasına səbəb olduqca səbrli olması və ətrafında onu sevən insanların olmasıdır. Qoto babanın indiyə qədər 4 həyat yoldaşı, 10 bacı və qardaşı olub. Öz kəndinə onun yaponiyalı və niderlandlı müstəmləkəçilərə qarşı mübarizə hekayələrini demək olar ki, hamı əzbər bilir.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X