Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının üzvü olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının üzvü olub.

Ərdoğan yenidən "AKP"-nin üzvü oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının üzvü olub.

AzNews.az mətbuatına istinadən xəbər verir ki, proses partiyanın baş qərargahında xüsusi tədbirlə qeyd edilib.

Ədalət və İnkişaf Partiyası 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan və sabiq prezident Abdullah Gül tərəfindən təsis edilib. Lakin əvvəlki konstitusiyaya görə prezidentin partiya üzvü olması qadağan edilirdi. Ərdoğan prezident seçildikdən sonra 2014-cü il 27 avqust tarixində partiyası ilə vidalaşmışdı. Daha sonra ölkənin sabiq baş naziri Əhməd Davudoğlu onun vəzifəsini icra etməyə başlamışdı. Bu gün keçirilən tədbirdə Ərdoğanı qarşılayanlar arasında Əhməd Davudoğlu da yer alıb.

Aprel ayında konstitusiyaya edilən dəyişiklik isə Ərdoğana yenidən partiyaya üzv seçilmək hüququ qazandırıb.

Bəxtiyar Abbasov

AzNews.az