Amerika Birləşmiş Ştatlarının Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış törədilib. Amerika Birləşmiş Ştatlarının Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış törədilib.

ABŞ səfirliyi yaxınlığında partlayış- 8 nəfər öldü

Amerika Birləşmiş Ştatlarının Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış törədilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Kabildə baş vermiş terror hadisəsi nəticəsində azı 8 nəfərin öldüyü, 28 nəfərin isə yaralandığı bildirilir. Rəsmilər NATO hərbi qüvvələrinə məxsus avtomobilin hücuma məruza qaldığını qeyd ediblər. Partlayış Kabilin izdihamlı bölgələrindən birində günorta saatlarında törədilib. Ölən və ya yaralananlar arasında xarici əsgərlərin olub-olmaması ilə bağlı hələlik heç bir məlumat verilmir. Partlayış nəticəsində yaxınlındakı bir neçə avtomobilə də zərər dəyib. Hücumun Taliban terrorçuları tərəfindən törədildiyi ehtimalı daha yüksəkdir. Belə ki, terrorçular bir həftə əvvəl xarici qüvvələrə qarşı hücumlar təşkil edəcəklərinə dair xəbərdarlıq etmişdilər.

Bəxtiyar Abbasov

AzNews.az