Böyük Britaniya şahzadəsi Uilyam xanımı Keyt Middeltonun çılpaq fotoşəkillərinin nəşr olunmasına görə təzminat tələb edib. Böyük Britaniya şahzadəsi Uilyam xanımı Keyt Middeltonun çılpaq fotoşəkillərinin nəşr olunmasına görə təzminat tələb edib.

Şəhzadə arvadının çılpaq şəkillərinə görə 1,6 milyon dollar tələb edir (FOTO)

Böyük Britaniya şahzadəsi Uilyam xanımı Keyt Middeltonun çılpaq fotoşəkillərinin nəşr olunmasına görə təzminat tələb edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təzminatın məbləği 1.6 milyon dollar təşkil edir.

2012-ci ilin sentyabr ayında Fransanın “Closer” və “La Province” qəzetləri Keyt Middeltonun hovuz kənarında çılpaq fotoşəkillərini nəşr etmişdi. Hadisə kral ailəsi Fransada istirahət edən zaman baş verib.

Şahzadə Uilyam sözügedən qəzet rəhbərliklərinə qarşı “şəxsi həyata müdaxilə” maddəsi ilə məhkəmə işi qaldırmışdı. Fotoşəkillərin nəşr olunması Böyük Britaniyada da etirazlara səbəb olmuşdu.

Britaniyanın kütləvi informasiya agentlikləri fotoşəkilləri yayımlamaqdan imtina etmişdilər.

Məhkəməda hakim qarşısına çıxanlar arasında “Closer” qəzetinin redaktoru və “La Pprovince” qəzetinin əməkdaşı da var. Ümumilikdə 6 nəfərə qarşı iş qaldırıb.

Müttəhimlərin vəkili Pol Albert İveyns fotoşəkildə kral ailəsi nümayəndələrinin müsbət obrazda təsvir olunduğunu bildirib və onlara qarşı qaldırılan zərərin ödənilməsi iddialarını tənqid edib.

Həmçinin, “Closer” qəzetinin redkatoru Lorans Pio da fotoşəkildə heç bir şokedici təsvirlərin olmadığını təkid edir.

Şahzadə ailəsinin vəkilləri qeyd edir ki, Şahzadə Uilyamın anası Şahzadə Diana da paparatsidən qaçmağa çalışarkən avtomobil qəzasına düşərək dünyasını dəyişib. Onların sözlərinə görə, anası ilə bağlı xatirələrdən dolayı paparatsinin onları təqib etməsi Uilyama ağır gəlir.

Bəxtiyar Abbasov

AzNews.az