Somalinin paytaxtı Moqadişuda təhülkəsizlik xidmətinin əməkdaşları ölkənin İctimai İşlər və Yenidənqurma naziri Abbas Abdullahini güllələyiblər. Somalinin paytaxtı Moqadişuda təhülkəsizlik xidmətinin əməkdaşları ölkənin İctimai İşlər və Yenidənqurma naziri Abbas Abdullahini güllələyiblər.

Mühafizəçilər səhvən NAZİRİ ÖLDÜRDÜLƏR

Somalinin paytaxtı Moqadişuda təhülkəsizlik xidmətinin əməkdaşları ölkənin İctimai İşlər və Yenidənqurma naziri Abbas Abdullahini güllələyiblər.

AzNews.az xəbər verir ki, prezident sarayanın qarşısında ölkənin Baş Auditoru Nur Fərəhin olduğu avtomobilə başqa bir avtomobil yaxınlaşıb. Nur Fərəhin mühafizəçiləri içərisində iki nazirin olduğu avtomobilin terrorçulara aid olduğunu düşünərək atəş açmağa başlayıblar. Nazirin mühafizəçiləri də cavab atəşi açıb. Abbas Abdullahi hadisə yerindəcə keçinib. Adının açıqlanmadığı digər nazir isə yaralanıb.

Moqadişuda prezident sarayına “Əş-Şabab” terror təşkilatının hücumunun artmasından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.