Rusiya Federasiyası Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ayağından zədələnib. Rusiya Federasiyası Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ayağından zədələnib.

Çeçenistan xüsusi xidmət orqanlarının əməkdaşları Ramzan Kadırovun ayağını əzdi (FOTO)

Rusiya Federasiyası Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ayağından zədələnib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çevik Qüvvlərin Xüsusi Bölməsi ilə təşkil edilən futbol oyunu zamanı baş verib. Məlumata görə, rəqib komandanın oyunçuları Ramzan Kadırovun üzərinə yıxılıb və ayağından vurublar. Kadırov bu barədə “İnstagram” səhifəsindən açıqlama verib.

Onun sözlərinə görə, rəqiblər gözlənilmədən onun üzərinə hücum ediblər. Çeçen lider onuda bildirib ki, rəqiblər əvvəllər də qarşılaşıblar və daha çox Kadırovun komandası qalib gəlib. Kadırov qeyd edib ki, ola bilsin ki, onların üstünlüyü rəqibin xoşuna gəlməyib. “Bu dəfə onlar tamamilə yeni taktika seçmişdilər – üzərimə gəldilər və ayağımdan vurdular. Dəqiq başa düşdüm ki, meydançada onlardan kənar durmaq lazımdır” – deyə Kadırov gülümsəyərək sözlərini ifadə edib. Vəziyyətlə əlaqədar Kadırovun ayağı gipsə salınıb.

Kadırov “İnstagram” səhifəsində onu izləyənlərə futbol oynamağı da tövsiyə edib.

Bəxtiyar abbasov

AzNews.az