21:31
(077) 610-22-33

Bəşəriyyət yüz il ərzində məhv ola bilər- Stiven Hokinq

  • >
4 083 4 May 2017 16:27 | Dünya

Bəşəriyyət sağ qalmaq üçün yüz il ərzində planetlərarası səyahət edə bilən canlıya çevrilməlidir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli fizika alimi Stiven Hokinq bu barədə xəbərdarlıq edib. Hokinq bəşəriyyətin yüz il ərzində məhv ola biləcəyini bildirib. Onun nəzəriyyəsinə görə, bəşəriyyəti məhv edə biləcək fəlakətlər arasında iqlim dəyişikliyi, atmosferin həddən artıq çirklənməsi və epidemiya ilə yanaşı, asteroidin Yerə çırpılması ehtimalı da mümkündür. Hokinq "BBC" telekanalının tezliklə işıq üzü görəcək sənədli filmində astronomiya sahəsində əldə olunan ən son məlumatları dünya ictiamiyyətinə çatdıracaq. Onun, eyni zamanda, Marsda həyatın mümkünlüyünə də dair nəzəriyyəsi var. O, Mars planetini bəşəriyyətin növbəti həyat dayanacağı hesab edir.

Marsda insan məskənlərinin salınması prosesi artıq icra olunur. Milyarder İlon Mask qarşıdakı bir neçə onillik ərzində “SpaceX” aerokosmik şirkəti vasitəsi ilə Marsda məskən salmağı planlaşdırır. “Mənim bir peyğəmbər kimi axirət barəsində heç bir proqnozum yoxdu. Lakin tarixi hadisələr axirətin olacağını göstərir” – deyə Mask qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X