08:52
(077) 610-22-33

Çin ABŞ və Fransaya meydan oxudu

  • >
2 948 5 May 2017 13:02 | Dünya

Çinin ilk sərnişin təyyarəsi aviareysə qoşulub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Comac” şirkəti yeni istehsalı ilə Amerika Birləşmiş Ştatlarının “Boeing” və Fransanın “Airbus” şirkətləri ilə ciddi rəqabətə girib.

C919 tipli təyyarə Şanxay şəhərinin Pudun hava limanından start götürüb. 90 dəqiqə havada qaldıqdan sonra təhlükəsiz şəkildə hava limanına geri qayıdıb. Təyyarənin uçuşu uğurlu olub.

C919 Çinin dünya aviasiya bazarına girmək üçün olan ambisiyasının əsas rəmzinə çevrilib. Şirkət 2008-ci ildən bəri belə bir layihəni icra etməyə çalışsa da, bir sıra səbələrə görə layihənin icrası ləngidilirdi.

Çin dövlət televiziyasının məlumata görə, təyyarə 3 min metr hündürlükdə saatda 300 kilometr sürətlə uçmaq qabiliyyətinə malikdir.

Hesablamalar görə, növbəti 20 il ərzində dünya aviasiya bazarının dəyəri 2 trilyon dollar təşkil edəcək.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X