Meksikada ultra-sağçı partiyanın qərargahı hücuma məruz qalıb. Meksikada ultra-sağçı partiyanın qərargahı hücuma məruz qalıb.

Hakim partiyanın qərargahına hücum oldu – 4 nəfər öldürüldü

Meksikada ultra-sağçı partiyanın qərargahı hücuma məruz qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Təşkilatı İnqılabi Partiyanın binasına edilən hücum nəticəsində 4 nəfər öldürülüb, 3 nəfər isə yaralanıb.

Öldürülənlərdən 3 nəfəri polis əməkdaşıdır.

Hadisə Mexiko ştatında baş verib. Bir qrup silahlı şəxs təşviqat kampaniyasını aparan fəallara ödəniş edilən zaman binaya soxulmağa cəhd ediblər. Bu zaman polislə tərəflər arasında qarşıdurma yaşanıb.

Hücuma məruz qalan fəallar qubernator vəzifəsinə namizəd olan siyasi liderin təşviqat kampaniyası üzvləridir.

Polis qüvvələri hücum edən şəxslərə qarşı dərhal əməliyyatlar keçiriblər. Bir nəfəri saxlamaq mümkün olub.

Bəxtiyar Abbasov

AzNews.az