Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib. Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib.

85 yaşlı alpinist Everesti yenidən fəth edən zaman ölüb

Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, uğur qazanacağı təqdirdə dünyanın ən yüksək zirvəsini fəth etmiş ən yaşlı alpinist olacaqdı.

Şerxan Everestin ətəklərində baza düşərgəsində iqlimləşmə prosesindən keçib. O özünü çox yaxşı hiss edirdi və çətin relyefdə də 14-15 kilometr rahat keçə bilərdi.

Qeyd edək ki, Şerxan 2008-ci ildə Everesti fəth edərək ən yaşlı alpinist olub, lakin 2013-cü ildə onun rekordu 80 yaşlı yapon Yuiçiro Miura tərəfindən yenilənib.

AzNews.az