Bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turu qalmaqalsız ötüşməyib. Bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turu qalmaqalsız ötüşməyib.

Femen fəalları Le Penin səs verəcəyi seçki məntəqəsinin qarşısında nümayiş keçirdi - Foto

Bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turu qalmaqalsız ötüşməyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Femen fəalları bu gün səhər prezidentliyə xanım namizəd Marin Le Penin səs verəcəyi Parisin şimalında Enen-Bomonda seçki məntəqəsinin qarşısından plakat asıblar.

Plakatda “Marin hakimiyyətdə, Marianna ümidsiz.” sözləri yazılıb.

Marianna ölkənin "Azadlıq, Bərabərlik, Qardaşlıq" milli şüarını təcəssüm edən gənc qadındır.

Aktivistlərdən biri artıq polis tərəfindən həbs edilib.