04:26
(077) 610-22-33

Kanadada yüzlərlə evi su basdı

  • >
2 903 8 May 2017 13:31 | Dünya

126 şəhər və qəsəbə daşqınlardan əziyyət çəkir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Monreal şəhəri mövsümi yağışların təsiri altına düşüb. Rəhbərlik daşqınlarla əlaqədar şəhərdə 2 günlük fövqəladə vəziyyət elan edib. Məlumata görə, daşqın bölgəsində suların hündürlüyü bəzi yerlərdə 1 metrə çatıb. Daşqınlara səbəb kimi mövsümi yağışlarla yanaşı, qarların əriməsi də göstərilir.

Kanada hökuməti ümumilikdə 126 şəhər və qəsəbədə daşqınların baş verdiyini, 1900 evə ziyan dəydiyini bildiriblər. Bəzi bölgələr şəhər mərkəzindən təcrid olunub. Xilasedicilər təcrid olunmuş bölgələrdə insanlara humanitar yardım göstərirlər.

İnsanları təxliyə etmək üçün 1200 hərbiçi işə cəlb olunub.

Meteoroloqlar Ontario gölündə su səviyyəsinin 1993-cü ildən bəri ilk dəfə rekord həddə yüksəldiyini deyiblər.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X