Aralıq dənizində növbəti dəfə mühacir faciəsi yaşanıb. Aralıq dənizində növbəti dəfə mühacir faciəsi yaşanıb.

Aralıq dənizində yüzlərlə mühacir batdı

Aralıq dənizində növbəti dəfə mühacir faciəsi yaşanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, həftəsonu azı 200 mühacirin Aralıq dənizini keçməyə çalışarkən suda boğularaq ölüb. Hadisə ilə bağlı Liviya sahillərinə sağ çıxan insanlar xəbər veriblər.

Bununla belə, dəniz sularının əsarətindən xilas olunanlar da az deyil. İtaliya və Liviyanın sahil təhlükəsizlik xidməti son 5 gündə 7500-ə yaxın insanı xilas etdiklərini bildiriblər.

Məlumata görə, dənizi keçməyə çalışan mühacir qruplarından birinə məxsus rezin qayığın havası boşalmağa başlayıb. Nəticədə isə mühacirlər suların əsarətində qalaraq həlak olublar. Ölənlər arasında 30 qadın və 9 azyaşlı da var.

Digər mühacirləri isə xilas etmək mümkün olub.

Məlumata görə, dəniz yolu ilə Avropaya keçməyə çalışan mühacirlərin sayı 30 faiz artıb. Bu isə mühacir faciələri riskinin artmasına səbəb ola bilər.

Bəxtiyar Abbasov

AzNews.az