Ölkə başçısı vəzifəsi uğrunda 13 namizəd mübarizə aparır. Ölkə başçısı vəzifəsi uğrunda 13 namizəd mübarizə aparır.

Cənubi Koreyada prezident seçkiləri keçirilir- Növbədən kənar

Ölkə başçısı vəzifəsi uğrunda 13 namizəd mübarizə aparır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, namizədlər arasında Demokratik Partiyadan seçkilərə qatılan Mun Çje İnin qələbə şansı daha çoxdur. Rəy sorğusuna əsasən, ona 42 faiz seçicinin səs verəcəyi gözlənilir. Eyni zamanda, Xalq Partiyasından An Çxol Su və Müstəqil Koreya partiyasından Xon Çjun Pxenin də şansları yüksəkdir. Onları 18 faiz seçici dəstəkləyir.

Vaxtından əvvəl səs vermək istəyən Cənubi Koreya vətəndaşları artıq 4-5 may tarixlərində səsvermə hüququndan istifadə etmişdilər. Milli Seçki Komissiyasının açıqlamasına görə, onların sayı 11 milyon təşkil edib. Bu, ümumi seçici sayının 4-də 1-nə bərabərdir.

Seçkilərin növbədənkənar keçirilməsinə səbəb dekabr ayında Koreya parlamentinin sabiq dövlət başçısı Pak Kın Heyə qarşı impiçment elan etməsi olmuşdu. Pak Kın Henin hakimiyyətdən uzaqlaşdırılmasına səbəb isə onun rəfiqəsi Çxve Sun Sil olub. O, prezidentin himayəsi altında dövlət işlərinə müdaxilə etmiş və öz mənfəəti üçün şirkətlərdən külli miqdarda pul mənimsəmişdi.

Bəxtiyar Abbasov

AzNews.az