Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunur. Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunur.

Qırmızı Meydanda Qələbə günü münasibəti ilə PARAD -FOTO (Yenilənib)

Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunur.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ildönümü ilə əlaqədar “Qırmızı Meydan”da parad keçirilir. Hərbi yürüşdə on min hərbçinin iştirak edəcəyi gözlənilir. Paradda 114 ədəd yerüstü döyüş vasitələri və 72 ədəd hava qüvvələrinə məxsus döyüş texnikası nümayiş olunacaq.

Aviasiya qafiləsinə dünyanın ən böyük helikopteri olan Mi-26 rəhbərlik edəcək. Onu isə 4 ədəd Mi-8 müşayiət edəcək.

Məlumata görə, paradda iştirak edən pilotların əskəriyyəti Suriya döyüşlərində fəaliyyət göstəriblər və yüksək dövlət mükafatlarına layiq görülüblər.

“Qırmızı Meydan”a ilk dəfə hərbi-vətənpərvər “Yunarmiya” hərəkatının iştirakçıları da çıxacaq.

Paradda, eyni zamanda, arktika hərbi texnikasının nümayiş olunacağı gözlənilir.

Bəxtiyar Abbasov

AzNews.az