20:55
(077) 610-22-33

Qadın senator parlamentdə körpəsini əmizdirdi- FOTO

  • >
5 667 10 May 2017 09:59 | Dünya

Avstraliya parlamentində senator Larissa Uoters iclas zamanı körpəsinə süd verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-ənənəvi hadisə parlamentdə keçirilən səsvermə zamanı yaşanıb. Kvinslend ştatının senatoru parlamentdə bu cür hərəkətə yol verən ilk qadın siyasətçi olub.

Parlament qanunla bu cür hallara yol versə də, indiyə qədər heç bir parlament üzvü belə bir addım atmayıb.

Uoters məsələ ilə bağlı açıqlamasında Avstraliya parlamentində daha çox qadına və valideynə ehtiyac olduğunu deyib.

Parlamentin digər qadın senatorları da onun bu hərəkətinə bəraət qazandırıblar. “Qadınlar həmişə övlad sahibi olacaqlar. Əgər onların həm ana olmaq, həm də öz işlərini görmək istəyirlərsə, biz buna uyğunlaşmalıyıq” – deyə senator Keti Qalager bildirib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X